Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QKU-nun Elmi Kitabxana Mərkəzində Azərbaycan və dünya tarixinin müxtəlif dövrlərinə dair yeni kitabların sərgisi keçirilib

QKU-nun Elmi Kitabxana Mərkəzində Azərbaycan və dünya tarixinin müxtəlif dövrlərinə dair yeni kitabların sərgisi keçirilib

QKU-nun Elmi Kitabxana Mərkəzində Azərbaycan və dünya tarixinin müxtəlif dövrlərinə dair yeni kitabların sərgisi keçirilib

Elmi Kitabxana Mərkəzi akademik təqvim müddəti ərzində mütəmadi olaraq universitetdə tədris olunan ixtisaslara və tələbə və müəllim heyətinin kitabxana sorğuları əsasında fondların zənginləşdirilməsini diqqət mərkəzində saxlayır.

Ötən həftə kitabxanaya yeni daxil olmuş kitabların tematik sərgisi keçirilmişdir. Sərgidə oxucular Azərbaycan tarixinin 1918-1920-ci illərini əks etdirən Xalq Cümhuriyyəti dövrü və həmin dövrün ictimai-siyasi xadimləri, dünya tarixinin müxtəlif dövrləri və görkəmli tarixi şəxsiyyətləri haqqında kitablar,  habelə Türk və Qafqaz xalqlarının tarixini əks etdirən mövzularda yeni nəşrlərlə yaxından tanış olublar. Onların mövzu ətrafında kitablara dair sualları cavablandırılıb.