Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • "Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı beynəlxalq konfrans keçiriləcək

"Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı beynəlxalq konfrans keçiriləcək

"Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı beynəlxalq konfrans keçiriləcək

18-19 mart 2025-ci il tarixlərində Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya universitetlərinin həmtəşkilatçılığı ilə “Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək.

Konfransın əsas bölmələri:
-landşaftlardan istifadənin müasir vəziyyəti;
iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri;
-torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri;
davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi;
-təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları;
-regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri;
regionlarda sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı;
-demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri;
davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi;
regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri.

Qeyd: Məqalələr 10 mart 2025-ci ilə qədər qəbul edilir. Konfransın materialları rəydən keçdikdən sonra çap olunacaq. 

E-mail: nauka1987@bk.ru