"Siyasi elmin metodları" mövzusunda elmi seminar keçirilib
Qərbi Kaspi Universitetinin İctimai və Siyasi Elmlər Məktəbində "Siyasi elmin metodları" mövzusunda elmi seminar keçirilib.
Beynəlxalq münasibətlər və Politologiya kafedralarının təşkil etdiyi elmi seminarı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Samir Həmidov aparıb.
Seminarda siyasi elmin araşdırma metodlarının, araşdırma zamanı ortaya çıxan metodoloji və metodiki problemlərin elmi təhlili aparılıb. Siyasi elmdə tez-tez qarşıya çıxan anlayış və məfhumların düzgün izah edilməsi, baş verən siyasi proseslərin təhlili zamanı istifadə olunan metodların və yanaşmaların düzgün tətbiqi məsələləri müzakirə edilib, təklif və tövsiyələr irəli sürülüb. Seminarın əsas məqsədi gənc tədqiqatçıların təhlil etmə bacarıqlarının və vərdişlərinin inkişaf etdirilməsi üçün mövcud metodoloji resursların təkmilləşdirilməsi olub.