Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbə Elmi-Praktik konfransı keçiriləcək

7 may 2020-ci il tarixdə Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş XXV Tələbə Elmi-Praktik konfransı keçiriləcək.

XXV RESPUBLİKA Tələbə elmi konfransı 30 may 2020.pdf

Konfransda aşağıdakı istiqamətlər üzrə mövzular müzakirə olunacaq:

* Heydər Əliyev – müasir dövrün siyasi xadimi
* Heydər Əliyev və Azərbaycan Respublikasının xarici siyasəti
* Heydər Əliyev müasir gənclər siyasətinin banisidir
* Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz
* Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində
* Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafında Heydər Əliyev faktoru
* Müasir Azərbaycanın elm, təhsil və mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu

Tələb olunan normativlər:
Təqdim olunan tezislərin həcmi 2 səhifədən çox olmamalıdır.
Tezislərdə müəllifin adı, soyadı, atasının adı, təhsil aldığı müəssisənin adı, əlaqə telefonu qeyd olunmalıdır.
Məruzələrin tezisləri 15 aprel 2020-ci ilə qədər A4 çap vərəqində elektron formada student.conference@wcu.edu.az e-mail ünvanına göndərilməlidir, elmi məsləhətçi mütləq qeyd olunmalıdır.

Tezislər soldan 30 mm və sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm, şrift 14 pt, Times New Roman, interval 1,5 normativinə uyğun olaraq təqdim olunmalıdır. Məruzələr azərbaycan, rus, ingilis dilində ola bilər. Əgər material rus və ya ingilis dilində təqdim edilirsə, azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Mühüm aktuallıq, yenilik kəsb edən maraqlı mövzular elmi heyət tərəfindən qiymətləndiriləcək. Konfransın tezisləri kitab şəklində çap ediləcək.

Konfrans 07 may 2020-ci il tarixdə saat 11:00-da keçiriləcək. Qeydiyyat saat 10:00-10:45-də aparılacaq (Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli parallel 321).

Əlavə məlumat almaq üçün Siyasi və İctimai Elmlər Məktəbinin “Politologiya” və “Beynəlxalq münasibətlər” kafedralarına (012-492-61-63) müraciət edə bilərsiniz.