SCOPUS - elmmetrik bazasında Qərbi Kaspi Universitetinin əməkdaşının məqaləsi dərc olunub
Tədqiqatçımız Adobe Creative Cloud proqramlarının tədris prosesində rolunu analiz edib.
Qərbi Kaspi Universitetinin Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, Məleykə Əlizadənin həmmüəllifi olduğu “Using Adobe Creative Cloud to create multimedia content in higher education institutions” adlı məqaləsi Scopus bazasında indekslənən Salud, Ciencia y Tecnologia jurnalında dərc edilib.
Təhsildə rəqəmsal məzmun tələbələrin tədris prosesinə marağını artıran güclü bir vasitədir. Bu araşdırmanın məqsədi ali təhsil müəssisələrində (HEI) Adobe Creative Cloud-un multimedia məzmunun yaradılmasında effektivliyini müəyyən etməkdir. Tədqiqat müşahidə, deduksiya, Thurstone şkalası, prioritet əmsalı, bilik əmsalı və Student əmsalının hesablanması metodlarından istifadə etməklə aparılmışdır. Məlum olmuşdur ki, Adobe Creative Cloud vasitəsilə həm nəzəri, həm də praktiki dərslər keçirmək və tələbələrin yaradıcılıq bacarıqlarını inkişaf etdirmək mümkündür.
Bu araşdırma göstərir ki, Adobe Creative Cloud əsasında yaradılan məzmun tələbələrin peşəkar bacarıqlarının inkişafına geniş imkanlar açır.
Məqaləyə keçid:
https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-85212985965&origin=recordpage
https://dialnet.unirioja.es/servlet/articulo?codigo=9872526