SCOPUS - Elmmetrik bazasının indekslənən jurnalında Qərbi Kaspi Universitetinin dosentinin məqaləsi dərc olunub
Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin dekanı, dosent Adilə Əsədovanın müəllifi olduğu “Detection of Typical Aggressive Lexical Markers through Authorisation of Publicistic Texts” adlı məqalə Scopus bazasında indekslənən, Q2 reytinqli Forum for Linguistic Studies jurnalında dərc edilib.
Tədqiqat çərçivəsində rəsmi publisistik mətnlərin təhlili əsasında aqressivliyin standart leksik göstəriciləri müəyyən edilmiş və onların funksional xüsusiyyətləri araşdırılmışdır. Məqalə, həmçinin jurnalistik diskursda aqressiv dilin istifadəsinin statistik əhəmiyyətini təsdiqləyir və bu mövzunun gələcək tədqiqatlar çərçivəsində daha dərindən araşdırılmasının vacibliyini vurğulayır.
https://journals.bilpubgroup.com/index.php/fls/article/view/7051
https://www.scopus.com/authid/detail.uri?authorId=59478014100&origin=recordpage