Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Start-Up niyə və necə? adlı təlim keçirilib

Start-Up niyə və necə? adlı təlim keçirilib

Qərbi Kaspi Universitetinin tələbələri üçün "Start-Up niyə və necə?" adlı təlim keçirilib.
Təlimdə ideyaların prototipinin formalaşdırılması, onun reallaşdırılması və bu cür layihələrin əhəmiyyəti barədə məlumat verilib, tələbələrin suallar cavablandırılıb.
Təlimçi, dos. İsa Qasımov Azərbaycanda ilk dəfə texnoparkların (biznes inkubatorların) qurulması, sahibkarlıq, Startupların və biznes təşəbbüskarlığının inkişafı üzrə fəaliyyəti ilə tanınır. O cümlədən "Yeni Fikir" startap müsabiqəsinin təsisçisi, Climate Campaigners layihəsinin Azərbaycan üzrə elmi koordinatoru, "İnnovasiya sahibkarlığı və texnoparklar" kitabının, 5 dərs proqramı, 60-a yaxın elmi əsərin müəllifidir.