Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Elmi Kitabxana "Süni İntellekt" mövzusunda seminarlar seriyasının ikinci hissəsini təqdim edir

Elmi Kitabxana "Süni İntellekt" mövzusunda seminarlar seriyasının ikinci hissəsini təqdim edir

Elmi Kitabxana "Süni İntellekt" mövzusunda seminarlar seriyasının ikinci hissəsini təqdim edir

Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzi tələbələrin süni intellektə dair bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində növbəti tədbir barədə elanı təqdim edir.

2 May saat 16:00-da Ə.Rəcəbli korpusunun kitabxanasında “Prompt” mühəndisliyinin əhəmiyyəti haqqında nəzəri və praktiki biliklərin təkmilləşdirilməsi məqsədilə seminar keçiriləcək.

Seminarda əhatə ediləcək mövzular:

  • Prompt nədir və niyə bu qədər vacibdir?
  • Effektiv prompt yazmağın prinsipləri
  • Real nümunələr və tətbiq sahələri
  • ChatGPT və digər LLM-lərlə güclü nəticə əldə etmə üsulları

Tədbirdə müəllimlər, tələbələr, marketinq və IT mütəxəssisləri, süni intellektlə maraqlanan hər kəs iştirak edə bilər.

Təlimçi Proqramlaşdırma və İnformasiya Təhlükəsizliyi kafedrasının baş müəllimi Pərvin Hüseynovdur.