Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tədqiqatçımız radioaktiv təsirlərin iqtisadi qiymətləndirilməsini tədqiq etmişdir

Tədqiqatçımız radioaktiv təsirlərin iqtisadi qiymətləndirilməsini tədqiq etmişdir

SCOPUS - Elmmetrik bazasının indekslənən jurnalında Qərbi Kaspi Universitetinin məqaləsi dərc olunub
 
Qərbi Kaspi Universitetinin Elm və İnnovasiyalar departamentinin müdiri, i.ü.f.d. Gülnarə Məmmədovanın müəllifi olduğu “Econometrıc assessmrnt of the ımpact of volume of radon emıssıons per capıta ın the republıc of Azerbaıjan” adlı məqaləsi Scopus bazasında indekslənən  Reliability: Theory and Applications jurnalında dərc edilib.
 
Azərbaycan təbii sərvətlərlə zəngin neft və sənaye ölkəsidir. Təbii radionuklidlərin təbiətdəki aktivliyinin müəyyən edilməsi və təhlili, neft və qaz yataqlarının, radioaktiv ətraf mühitdə fiziki mahiyyətinin və təsir mexanizminin öyrənilməsi günün ən aktual məsələlərindəndir.
Tədqiqat neft və qazçıxarma sahələrində ətraf mühitdə yaranan radioaktiv maddələrin fiziki xüsusiyyətlərini və təsir mexanizminin iqtisadi qiymətləndirilməsinə həsr olunmuşdur.
 
https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-85216330810&origin=recordpage
https://www.gnedenko.net/Journal/2024_6SI.htm