Tələbələrimiz elmi seminarda və sərgidə iştirak ediblər
Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbinin Tarix ixtisasının müəllim və tələbələri Heydər Əliyev Mərkəzində "Uzun Həsən - Ağqoyunlu hökmdarı" mövzusunda təşkil olunan elmi seminarda və sərgidə iştirak ediblər.
Sərgidə Türkiyənin Hərb Muzeyindən gətirilmiş Ağqoyunlu hökmdarları Həsən Padşah Bayandurlu və Sultan Yaqubun zirehli geyimi, döyüş sursatları və dövrə aid digər nadir eksponatlar nümayiş olunur.