Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda olublar

Qərbi Kaspi Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda olublar

Qərbi Kaspi Universitetinin Təbiət Elmləri Kafedrasının müdiri b.ü.f.d. Ayaz Məmmədov Yüksək Texnologiyalar və innovativ mühəndislik məktəbinin Biologiya ixtisasının 4-cü kurs tələbələri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda olublar.

 

Tələbələr institutun bir sıra şöbə və laboratoriyalarında - Dənli taxıl və paxlalı bitkilər, Molekulyar genetika və genomika, Texniki və yem bitkiləri, Molekulyar sitogenetika, Biokimyəvi genetika və texnologiya, İnsan genetikası laboratoriyası, Rüşeym plazması laboratoriyasında və Milli Genbakda aparılan elmi tədqiqat işləri ilə tanış olublar.

 

Sonda institut əməkdaşları tərəfindən mədəni bitkilər və onların yabanı əcdadlarının qorunması və saxlanması molekulyar genetik tədqiqinə dair seminar keçirilib.