Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz təlim proqramında iştirak edib

Tələbələrimiz təlim proqramında iştirak edib

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbi Sosial iş ixtisasının tələbələri Nəzrin Əhmədova, Etiqad Mürşüdov, İbrahim Gülməmmədov və Nihad Hüseynov “İrəli” İctimai Birliyinin Sosial İş ixtisası üzrə təhsil alan və bu sahədə özünü inkişaf etdirmək istəyən gənclər üçün təşkil etdiyi 3 aylıq təlim proqramını uğurla başa vuraraq şəhadətnamə ilə təltif ediliblər.
3 aylıq proqram müddətində tələbələr bu sahədə ixtisaslaşmış peşəkar təlimçilər tərəfindən keçirilən təlim-seminarlarda ixtisaslarını nəzəri biliklərlə yanaşı praktiki olaraq da artırıb və bu sahə üzrə yeni bilik-bacarıqlara yiyələniblər.