Tələbələrimiz üçün Kiprin Frederik Universitetində təqaüdlə təhsil şansı
Qərbi Kaspi Universiteti ilə Kiprin Frederik Universiteti arasında Avropa Birliyinin Erasmus+ təhsil proqramı çərçivəsində imzalanan tələbə mübadiləsi anlaşmasına əsasən Qərbi Kaspi Universitetinin tələbələri təhsillərini Kiprin Frederik Universitetində davam etdirə bilərlər.
Bununla bağlı olaraq Qərbi Kaspi Universiteti Biznes və İqtisadiyyat məktəbinin 2-ci və 3-cü kursunda oxuyan tələbələr arasında AÇIQ MÜSABİQƏ elan edir.
Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 850 avro məbləğində təqaüd veriləcək, həmçinin tələbələrin səyahət xərclərinin qarşılanması üçün də Erasmus+ proqram tərəfindən tələbələrə qrant təqdim olunacaq.
Tələbələrdən proqramda iştirak üçün heç bir məbləğ tələb olunmur.
Bu imkandan yararlanmaq istəyən tələbələr noyabrın 20-ə qədər CV (Europass formatında) və Motivasiya məktublarını (Motivasiya məktubu 1 səhifə olmalıdır) ingilis dilində administration_iro@wcu.edu.az ünvanına göndərə bilərlər.
Tələbələrin seçimində əsas meyar tələbənin akademik göstəriciləri və ingilis dili biliyi oynayacaq.
Əlavə sual yarandığı təqdirdə administration_iro@wcu.edu.az email ünvanına yaza və ya universitetin beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşa bilərsiniz.
(Otaq 214, İstiqlaliyyət 31, Qərbi Kaspi Universitetinin İçərişəhər metrostansiyasının yaxınlığında yerləşən tədris binası)