Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununda iştirak ediblər

Tələbələrimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununda iştirak ediblər

1-3 May tarixlərində ölkəmizdə keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununda əcnəbi tələbələrimiz də iştirak edib.

Tədbirdə müzakirə olunan mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər vacib sahələri əhatə edib.

Tələbələr "Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?”, “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi”, “Süni intellekt – təhdid, yoxsa imkan?”, “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru” adlı panellərdə iştirak ediblər.

Qeyd edək ki, Forumda 110 ölkədən 700-dək mötəbər qonaq iştirak edib.