Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Tələbələrimizin layihəsi “ADEX 2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində!

Tələbələrimizin layihəsi “ADEX 2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində!

Tələbələrimizin layihəsi “ADEX 2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində!

Qərbi Kaspi Universiteti 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirak edir. 

Universitetimizin stendində təqdim olunan elektrikli və uzaq məsafədən idarə olunan avtonom Minaaxtaran və Kəşfiyyat Maşını layihəsi xüsusilə insan həyatına təhlükə yarada biləcək ərazilərdə mina axtarma, kamikadze əməliyyatını icra edən pilotsuz uçuş aparatları vasitəsi ilə eyni zamanda kəşfiyyat xarakterli əməliyyatların icrasında da istifadə üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, sərgidə dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir.