Tələbələrimizin rəsm əsərləri Bakı Su Həftəsində sərgilənir
Qərbi Kaspi Universitetinin tələbələrinin rəsm əsərləri Bakı Su Həftəsində sərgilənir.
Ölkəmizdə ilk dəfə olaraq keçirilən Su Həftəsində 16 ölkədən 100-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.




