Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • "Tərcüməçilər arxa cəbhə döyüşçüləri kimi" adlı tələləbələrin 1-ci elmi konfransı keçirilib

"Tərcüməçilər arxa cəbhə döyüşçüləri kimi" adlı tələləbələrin 1-ci elmi konfransı keçirilib

"Tərcüməçilər arxa cəbhə döyüşçüləri kimi" adlı tələləbələrin 1-ci elmi konfransı keçirilib

Qərbi Kaspi Universitetinin İngilis dili və Tərcümə Kafedrasının təşkilatçılığı ilə "Tərcüməçilər arxa cəbhə döyüşçüləri kimi" adlı tələləbələrin 1-ci elmi konfransı keçirilib.
Konfransda qonaq qismində"Report" İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev, Agentliyin Tərcümə şöbəsinin redaktoru Vüsal İsayev, Filologiya və Tərcümə fakültəsinin professor müəllim heyəti və fakültənin tələbələri iştirak etmişdir.
Öncə Qərbi Kaspi Universitetinin İngilis dili və tərcümə kafedrasının müdiri, dos.Tahirə Əliyeva konfransın əhəmiyyətindən danışıb, daha sonra "Report" İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev çıxış edərək 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tərcüməçilərin rolunu qeyd edib. Daha sonra Qərbi Kaspi Universitetinin müəllimi filolgiya üzrə fəlsəfə doktoru Günel Qasımova və Səfurə İsayeva məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda tələbələr müxtəlif mövzularda təqdimatlarla çıxış etmişdirlər.