Qərbi Kaspi Universitetində Beynəlxalq Müəllimlər Forumu keçiriləcək.
Qərbi Kaspi Universitetində Beynəlxalq Müəllimlər Forumu keçiriləcək.
Qərbi Kaspi Universitetində təhsil sahəsində böyük əhəmiyyət kəsb edən Beynəlxalq Müəllimlər Forumu təşkil olunacaq. Forumun əsas mövzusu “Gələcək təhsilin aktual problemləri” olacaq. Tədbirin məqsədi müasir dövrdə təhsilin qarşısında duran çağırışlar, innovativ yanaşmalar və davamlı inkişaf strategiyalarını müzakirə etməkdir.
Forumda müxtəlif ölkələrindən gəlmiş təhsil mütəxəssisləri, pedaqoqlar, universitet müəllimlərivə təhsil idarəetmə orqanlarının nümayəndələri iştirak edəcək. Onlar təhsildə yeni metodologiyaların tətbiqi, texnologiyanın təhsil prosesinə inteqrasiyası, müəllimlərin peşəkar inkişafı, inklüziv təhsil və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Forum iştirakçılarına öz elmi tədqiqatlarını və təcrübələrini təqdim etmək, qarşılıqlı əməkdaşlıq imkanları yaratmaq imkanı veriləcək.
Qərbi Kaspi Universiteti bu forumun gələcəkdə beynəlxalq təhsil mühitində mövqelərin möhkəmlənməsinə, müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılmasına, eləcə də müxtəlif ölkələr arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə inanır.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.