Qərbi Kaspi Universitetində “De Gruyter” nəşriyyatının zəngin jurnal bazasının onlayn istifadəsi müm
Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzinin əməkdaşları ilə Beynəlxalq akademik nəşriyyat olan “De Gruyter” nəşriyyatı,“İnformaScore” və “Muroma” şirkətinin nümayəndələrinin görüşü keçirilib.
Görüş zamanı Almaniyanın “De Gruyter” nəşriyyatının zəngin elektron kitab və jurnallarının təqdimatından sonra gələcək əməkdaşlıq haqqında ilkin razılaşma əldə edilib.
Razılaşmaya əsasən 2020-ci ilin fevral ayından etibarən Qərbi Kaspi Universitetində “De Gruyter” nəşriyyatının zəngin jurnal bazasının onlayn istifadəsi mümkün olacaqdır.
Məlumat üçün bildirək ki, hazırda Qərb Universitetinin kitabxanası 60.000-dən çox ədəbiyyat, 600-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 15 000-dən çox ədəbiyyat mövcuddur.
Universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.