“Təhsil millətin gələcəyidir” mövzusunda Respublika Elmi Konfransı
Aprelin 28-də Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək.
Təhsil millətin gələcəyidir.pdf
Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:
1. Politologiya və Beynəlxalq münasibətlər
2. Hüquq və Psixologiya
3. Psixologiya və Pedaqogika
4. Ədəbiyyatşünaslıq və Dilçilik
5. Tarixvə Fəlsəfə
6. İqtisadiyyat və Maliyyə
7. Ekologiya, Turizm və Otelçilik
8. Kompyuter və Dizayn
9. Yüksək texnologiyalar və İnnovativ mühəndislik
Konfransın dili və tələb olunan qaydalar:
1. Məruzənin adı, müəllifin adı və soyadı, elmi dərəcəsi (varsa), oxuduğu və ya işlədiyi yer göstərilməli, əlaqə telefonu mütləq qeyd olunmalıdır.
2. Məruzənin həcmi A4 formatlı kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və Universitetin teacher.conference@wu.edu.az e-mail ünvanına göndərilməlidir.
3. Konfransın məruzələri Azərbaycan, ingilis və rus dillərinin birində olmaqla, həcmi 5-8 səhifəyə qədər ola bilər. Məruzələrin yazılan dildən başqa qeyd olunan iki dildə qısa xülasəsi verilməlidir. Məruzənin adından sonra açar sözlər (3 dildə-Azərbaycan, rus, ingilis dillərində) göstərilməlidir. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır. Məs., [2, 34] və ya [4, 56-57].
4. Məqalələr 12 aprel 2020-ci il tarixinədək yuxarıda qeyd edilən ünvana göndərilməlidir.
Əlavə məlumat üçün Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbinin “Politologiya” və “Beynəlxalq münasibətlər” kafedralarına (012-492- 61- 63) müraciət edə bilərsiniz.