Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində yaz imtahan sessiyası start götürüb .

Qərbi Kaspi Universitetində 2025-ci ilin yaz imtahan sessiyası başlayıb. Sessiya çərçivəsində universitetin Dizayn məktəbində tələbələrin baxış imtahanları təşkil olunub.

İmtahan zamanı tələbələr tərəfindən təqdim olunan layihələr böyük maraqla qarşılanıb. Onlar semestr ərzində əldə etdikləri bilik və bacarıqları real layihələr və konseptual təqdimatlar vasitəsilə nümayiş etdiriblər. Gənc dizaynerlər müxtəlif sahələri – qrafik dizayn, interyer  dizaynı istiqamətində hazırladıqları işləri təqdim edərək yaradıcı yanaşmalarını və texniki bacarıqlarını sərgiləyiblər.

Bu, tələbələrə həm akademik, həm də peşəkar baxımdan dəyərli rəy və tövsiyələr almaq imkanı yaradıb.

Sessiya boyunca digər fakültələrdə də müxtəlif ixtisaslar üzrə imtahanlar davam edəcək.