Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Universitetimizdə Bioklubun fəaliyyəti start götürdü!

Bu günlərdə  Bioklubun idarə heyəti ilk görüşünü keçirərək qarşıdakı fəaliyyət planlarını müzakirə etdi. Görüş zamanı klubun əsas məqsədləri, keçirilməsi planlaşdırılan tədbirlər və tələbələrin aktiv iştirakını təmin edəcək mexanizmlər barədə fikir mübadiləsi aparıldı.

Bioklub çərçivəsində elmi məqalə müzakirələri, seminarlar, laboratoriya tədqiqatlarına ekskursiyalar və innovativ ideya yarışmaları təşkil ediləcək. Klubun məqsədi tələbələri elmi araşdırmalara təşviq etmək və onları biotexnologiya, genetika, ekoloji tədqiqatlar kimi sahələrdə inkişaf etdirməkdir.Qarşıda bizi maraqlı və faydalı layihələr gözləyir! Gələcək elmi fəaliyyətlərimizə qoşulmaq istəyən hər kəsi Bioklubun bir parçası olmağa dəvət edirik!