Qərbi Kaspi Universiteti II tur üçün qəbul elan edir
Qərbi Kaspi Universiteti II tur üçün aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:
I qrup ixtisasları
* Cihazqayırma mühəndisliyi
* Mexatronika və robototexnika mühəndisliyi
II Qrup ixtisasları
* İqtisadiyyat
* Beynəlxalq münasibətlər
* Regionşünaslıq (qərbşünaslıq)
* Dövlət və bələdiyyə idarəetməsi
* Sənayenin təşkili və idarə olunması
* Marketinq
* Menecment
IV Qrup ixtisasları
* Psixologiya
* Su bioehtiyatları və akvabitkilər
Qərbi Kaspi Universiteti müasir biznes dünyasının tələb etdiyi kompetensiyalara malik peşəkar mütəxəssis kimi yetişmək arzusunda olan gənclər üçün imkanlar yaradır.
Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri reallaşdıran Qərbi Kaspi Universiteti bu istiqamətlərdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqini uğurla realizə edir.
Qərbi Kaspi Universiteti qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr üçün təhsil haqqında güzəştlər nəzərdə tutur.
• 601-700 arası bal toplayan tələbələr - 100 faiz güzəşt
• 551-600 arası bal toplayanlar - 70 faiz güzəşt
• 501-550 arası bal toplayanlar - 50 faiz güzəşt
• 451-500 arası bal toplayanlar - 30 faiz güzəşt
• 380-450 arası bal toplayanlar - 20 faiz güzəşt
Yüksək bal toplayan tələbələr üçün nəzərdə tutulan təqaüdlər:
• 450-500 arası bal toplayan tələbələr - 50 manat
• 501-550 arası bal toplayanlar - 80 manat
• 551-600 arası bal toplayanlar - 100 manat
• 601-650 arası bal toplayanlar - 150 manat
• 651-700 arası bal toplayanlar - 200 manat
IELTS və TOEFL sertifikatı olan tələbələr cari tədris ilində 25 faiz güzəştdən faydalana biləcəklər.
Qərbi Kaspi Universitetini ixtisas seçimində ilk sırada yazan abituriyentlərə təhsil haqqında 10 faizlik güzəşt (ilk təhsil ilində).
Qərbi Kaspi Universiteti ilə tələbələr üçün hansı imkanlar açılır:
• Xaricdə təhsil imkanları
• İngilis dilində təhsil və iki və üç diplom almaq imkanı
• Cənubi Karolina Universitetinin Kvalifikasiya Diplomunu əldə etmək imkanı
• Dövlət sifarişi əsasında təhsil almaq imkanı
• Münasib təhsil haqları, təhsil haqqını hissə-hissə ödəmək imkanı
• Xarici dilləri mükəmməl səviyyədə mənimsəmək imkanı
• Müasir və unikal laboratoriyalar
• Ən son nəşrlərlə zəngin kitabxana
• Aparıcı dövlət qurumlarında və özəl şirkətlərdə təcrübə və işədüzəlmə imkanları
• Mübadilə proqramları: Mövlanə və Erasmus
• Startup layihələri
• Xaricdə yay məktəbləri
• Ödənişsiz yay və qış məktəbləri
Qeyd: Qərbi Kaspi Universitetinə qəbul Azərbaycan və rus bölmələri üzrə aparılır.
Elan olunmuş vakant yerlərə qəbul Azərbaycan və rus bölmələri üzrə birgə aparılır və qəbul sona çatdıqdan sonra bölmələr tədris dilləri üzrə bölünür. Universitetdə həm də ingilis dilli qruplar mövcuddur.