Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib
Qərbi Kaspi Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə qeyd edilib ki, 32 il öncə Xocalıda yaşananlar insanlıq dramı, yüzlərlə azərbaycanlının qətliamı ilə nəticələnən bəşəri cinayət idi.
Vurğulanıb ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Xocalı soyqırımının qisasını döyüş meydanında aldı, ərazi bütövlüyü və suverenliyimizi təmin etdi.
Bu gün isə bütün Qarabağ və Şərqi Zəngəzur kimi Xocalı üçün də yeni dövr başlayır: sülh və əmin-amanlıq, bərpa-quruculuq və inkişaf dövrü.
Tədbirdə Qərbi Kaspi Universitetinin Dizayn ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, eləcə də universitetin Xor kollektivi çıxış edib.








