Xor kollektivimiz birinci yerə layiq görülüb
Qərbi Kaspi Universitetinin tələbələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalında mükafat alıb.
Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən festivalda “Xor kollektivləri" nominasiyası üzrə universitetimizin Xor kollektivi 1-ci yerə layiq görülüb. "Solo rəqs" nominasiyası üzrə isə Qərbi Kaspi Universitetinin tələbəsi Röya Paşayeva 3-cü yerin mükafatçısı olub.
Bədii yaradıcılıq festivalı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib.


