Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Xor Kollektivimiz ölkə birincisi oldu!

Xor Kollektivimiz ölkə birincisi oldu!

Qərbi Kaspi Universitetinin Xor kollektivi Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında birinci yerə layiq görülüb.