Qərbi Kaspi Universiteti

Müasir interyer dizaynda dekorativ tətbiqi sənət nümunələri - Bakı XXI əsr

Müasir interyer dizaynda dekorativ tətbiqi sənət nümunələri - Bakı XXI əsr

Dissertant: Əliyev Nəsimi Nizami oğlu

Elmi rəhbər: sənətşünaslıq elmləri doktoru, professor Sadıqova Sevil

Mövzunun aktuallığı: Müasir günümüzdə Bakı memarlığı çiçəklənmə dövrünü yaşayır. Burada dekorativ tətbiqi sənət nümunələri də tikililərin xüsusi ilə interyerinə bütövlük və gözəllik verir. Bu baxımdan müasir interyer dizaynda dekorativ tətbiqi sənət nümunələri Bakı memarlığına necə təsir göstərməsi bir elmi tədqiqat olaraq aktuallığını qoruyub saxlayır.

Mövzunun obyekti:  Mövzu əsasən interyerlə bağlı olub Bakı memarlığı ilə bağlıdır. XXI əsrdə Bakı memarlığının interyerində tətbiq olunan dekorativ tətbiqi sənət nümunələri dissertasiyada əsas obyektdir. Belə ki, dekorativ tətbiqi sənət nümunələrinin hansı növlərinin interyerdə istifadəsi və necə istifadəsi dərindən araşdırılıb.

Mövzunun əsaslandırılması: Müasir interyer dizaynda dekorativ tətbiqi sənət nümunələri təkcə müasir dövrə deyil butun zamanlarda əhəmiyyət daşımışdır. Lakin müasir dövrün tələblərinə görə dizaynda olan dəyişikliklər dekorativ tətbiqi sənətə də təsir etmədən qalmadı. Dissertasiyada bu dəyişikliklərə tək-tək aydınlıq gətirilir. Həmçinin estetik zövqə təsirləri barədə də misallara xüsusi önəm verilir. XXI əsr Bakı memarlığının interyerində Dekorativ tətbiqi sənətin nümunələrinin rolu araşdırılır.

Elmi yeniliyi: Dissertasiyanın yeniliyi ondan ibarətdir ki, interyerdə dekorativ tətbiqi sənətin işlənməsi haqqında elmi iş müasir dövrdə Bakıda tətbiqi bir elmi araşdırma olaraq kölgədə qalmışdır. Bu dissertasiya vasitəsi ilə bu mövzu işıqlanacaqdır.

Dissertasiyanın işlənmə dərəcəsi:  Dissertasiya ilə bağlı bütün araşdırmalar aparılmışdır. Yazılı məlumatlar həm kitabxanalardan, həmçının memarlarla intervyu şəklində toplanılmışdır. Dissertasiyanın 1-ci fəsli üzərində iş gedir.

Nəşriyyati: Beynəlxalq məqalə bitmək üzərədir. Çapa verilməyə hazırlanır.

x