Mövlanə Mübadilə Proqramı
MÖVLANƏ MÜBADİLƏ PROQRAMI
Mövlanə Mübadilə Programı, ölkə daxilində və təhsil verən ali təhsil müəssisələri ilə ölkədən xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və təhsil işçisinin mübadiləsini imkanlaşdıran bir proqramdır. 23 avqust 2011-ci il tarixində 28034 nömrəli "Rəsmi” qəzetdə dərc olunan məqaləyə əsasən idarəetmə ilə birlikdə ölkə xaricində ali təhsil qurumlarl ilə ölkədəki ali təhsil qurumları arasında tələbə və təhsil işçisinin mübadiləsinin önü açılmışdır. Digər mübadilə proqramlarından fərqli olaraq, heç bir coğrafi bölgə fərqi olmadan mübadilə proqramının strukturundakı mobillik bütün dünyadakı ali təhsil qurumlarını əhatə edir. Bu mübadilə proqramına qoşulmaq istəyən tələbələr ən az bir,ən çox iki yarımil təhsil üçün; tədris işçiləri isə ən az 1 həftə, ən çox 3 aylıq müddətdə dünyadakı ali təhsil qurumlarında dərs verməklə proqramdan faydalana bilərlər. Eyni zamanda dünyanın bütün bölgələrindən də tələbə və təhsil işçiləri Türkiyədəki ali təhsil qrumlarına gələ bilərlər.
Mövlanə
Proqrama adı verilən Mövlanənin əsl adı Məhəmməd Cəlaləddindir. Mövlana 1207-ci ildə Əfqanıstanda yerləşən Xorasan böılgəsinin Bəlğ şəhərində anadan olmuşdur. Mövlanə adı onu sevən insanların arasında istifadə olunmuş və universal bir simvol hesab olunmuşdur. Avropalılar arasında isə Rumi olaraq tanınır. XIII yüzillikdə yaşamış və əsərləriylə tanınan sufi Mövlanə "Gəl nə olursan ol, gəl” deviziylə insanlar arasında ayrıseçkilik etməmişdir.O, sərhədsiz insan sevgisiylə və sonsuz tolerantliğı ilə nəinki, İslam aləmini bütün bəşəriyyəti özünə heyran buraxmışdır.Həyata və insanlara baxışı ilə bir fikir adamı olaraq bütün dünyada qəbul olunmuşdur. UNESCO Mövlanənın 800-cü ildönümü münasibətilə 2007-ci ili Mövlanə və Tolerantlıq” ili elan etmişdir. Mövlanə tədris həyatı boyunca həm tələbə,həm də elm adamı olaraq, o dövrün müxtəlif ölkə və şəhərlərində yerləşən təshil müəssisələrində olmuşdur. Mövlanənın həyatında və fəlsəfəsində "dəyişim” önəmli yer tutur. "Məsnəvi”,"Divan-I Kəbir”,"Fihi Mafih”,"Məktubat və Mecalis-I Səba” kimi əsərlərin müəllifidir.
Mövlanə Mübadilə Proqramının Məqsədi
Mövlanə Mübadilə Proqramının ən başıca məqsədi ölkə daxilində təhsil verən ali təhsil qurumları ilə xaricdə təhsil verən ali təhsil qurumları arasında tələbə və təhsil işçisi mübadiləsini təşkil etməkdir. Bundan əlavə, Mövlanə Mübadilə Proqramının əsas məqsədləri:
- Türkiyəni ali təhsil sahəsində bir cazibə mərkəzi halına gətirmək;
- Ali təhsil qurumlarının akademik potensialını artırmaq;
- Ali təhsilin qloballaşmasında iştirak etmək;
- Türkiyənin zəngin tarixi və mədəni mirasını qlobal səviyyədə paylaşmaq;
Mədəniyyətlər arası qarşılıqlı təsirin artmasıyla, fərqliliklərə qarşı ehtiram və anlayış, mədəniyyətin zənginləşməsini təmin etməkdir.
>
Mövlanə Tələbəsi
Mövlanə Mübadilə Programı, ölkə daxilində və təhsil verən ali təhsil müəssisələri ilə ölkədən xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və təhsil işçisinin mübadiləsini imkanlaşdıran bir proqramdır. 23 avqust 2011-ci il tarixində 28034 nömrəli "Rəsmi” qəzetdə dərc olunan məqaləyə əsasən idarəetmə ilə birlikdə ölkə xaricində ali təhsil qurumlarl ilə ölkədəki ali təhsil qurumları arasında tələbə və təhsil işçisinin mübadiləsinin önü açılmışdır. Digər mübadilə proqramlarından fərqli olaraq, heç bir coğrafi bölgə fərqi olmadan mübadilə proqramının strukturundakı mobillik bütün dünyadakı ali təhsil qurumlarını əhatə edir. Bu mübadilə proqramına qoşulmaq istəyən tələbələr ən az bir,ən çox iki yarımil təhsil üçün; tədris işçiləri isə ən az 1 həftə, ən çox 3 aylıq müddətdə dünyadakı ali təhsil qurumlarında dərs verməklə proqramdan faydalana bilərlər. Eyni zamanda dünyanın bütün bölgələrindən də tələbə və təhsil işçiləri Türkiyədəki ali təhsil qrumlarına gələ bilərlər.
- Bölgəsini və dünyanı daha yaxşı tanımaq və başa düşmək istəyən,
- Dəyişimə açıq,
- Donanımlı və özünə güvənən,
- Rəqabət hissi güclü,
- Qlobal şüur və məsuliyyətlilik hissinə sahib olan tələbələrdir.
Mövlanə Mübadilə Proqramı çərçivəsində təhsil həyatlarının bir və ya iki dövrünü ölkədən kənarda keçirən tələbələrin bu proqrama qoşulmadan əvvəl ya da qatıldıqdan sonra digər mübadilə proqramlarından faydalanmasına heç bir mane yoxdur. Proqrama qatılan tələbələr lazımlı şərtləri nəzərə alaraq, ölkədən kənarda getdikləri ali təhsil qurumlarında təlim-tədris müddəti boyunca qarşılıqsız olaraq təqaüdlə təmin olunacaqlar.Tələbələr mübadilə proqramı çərçivəsində gedəcəkləri ali təhsil müəssisəsinə ayrı təhsil ödəniş ödəmirlər
Digər Mübadilə Proqramlarından Fərqi
Dünyanın fərqli bölgələrində beynəlxalq, regional təşkilatlar və ya bəzi ölkələr tərəfindən yeridilən mövcud regional və beynəlxalq mübadilə proqramları; Ali təhsil Məclisinin üstündə dayandığı ali təhsilin qloballaşma yanaşmasına məhdud səviyyədə töhfə verir. Qobal baxışın vacib bir vasitəsi olan Mövlanə Mübadilə Proqramı öz əhatəsində ali təhsilin get-gedə qloballaşan akademik cəhətinə uyğun bir şəkildə proqrama qoşulan tələbələr bəzi ilkin şərtləri nəzərə alaraq, dünyanın hər hansı bir yerində istədiyi universitetdə təhsil alma fürsətini əldə edə biləcəklər
Eyni zamanda Mövlanə Mübadilə Proqramı protokol imzalayan ölkədaxili və ölkə xarici ali təhsil qurumlarında çalışan bütün təhsil işçiləri, təhsil işçisi mobilliyinə qoşula bilərlər. Bu mobillik hər hansı bir ali təhsil qurumunda çalışan təhsil işçisinin başqa bir ali təhsil müəssisəsində gerçəkləşdirəcəyi təhsil fəaliyyətlərini əhatə edir.
Mövlanə Mübadilə Proqramının Tələbələrə və Təhsil işçilərinə təmin etdiyi faydalar
Mövlanə Mübadilə Proqramı ilə Türkiyədən başqa bir ölkədə təhsil alma fürsətini əldə edən Mövlana tələbələri beynəlxalq sahədə özlərini ifadə etməkdə çoxyönlü, analitik və müqayisəli dünyagörüşünə sahib olacaqlar. Proqram çərçivəsində xarici ölkəyə gedən bu tələbələr akademik təcrübə qazanmaqla yanaşı, getdikləri ölkəni tanıma imkanı əldə edəcəklər.Yeni dostlar qazanan, xarici dil səviyyəsini inkişaf etdirən bu tələbələr akademik həyatlarının bir bölümündə ölkə xaricində əldə etdikləri təcrübə sayəsində karyera planları üçün önəmli avantaj əldə edəcəklər.
Mövlanə Mübadilə Proqramı ilə xarici ölkəyə gedən təhsil işçiləri isə ölkə xaricində dərs deməklə yanaşı, fərqli akademik dünyagörüşü əldə edərək, müxtəlif işlər görmə fürsəti qazanacaqlar.Akademik əməkdaşlığı ölkələrinə qayıtdıqdan sonra davam etdirərək, müxtəlif konfrans, layihə və seminarlarla qarşılıqlı təsirin davam etməsini əldə edəcəklər.
Mövlanə Mübadilə Proqramına kimlər qatıla bilər?
Mövlanə Mübadilə Proqramı əhatəsində tələbə mübadiləsinə görə Türkiyədəki bütün ali təhsil qurumlarında (Mövlanə Mübadilə Proqramı protokolunu imzalamış olan ali təhsil müəssisələrində) formal təhsilli bakalavr, magistr, doktorantura tələbələri qoşula bilərlər.
Həmçinin, Mövlanə Mübadilə Proqramı protokolunu imzalayan ölkə daxili və ölkədən kənar ali təhsil qurumlarında çalışan bütün təhsil işçiləri də Mövlanə Mübadilə Proqramına qoşula bilərlər.
Təhsil işçilərinin mobillik əhatəsində yer alan akademik fəaliyyətləri həftəlik olaraq cəmi altı saatdan az ola bilməz.Təhsil işçisi tərəfindən gerçəkləşdirilən fəaliyyətlər saat olaraq hasablanması dərslərdən asılıdır. Əgər dərs saatları həftəlik olaraq altı saatı doldurmursa,seminar və konfranslar kimi akademik fəaliyyətlər də bu cəhətdən dəyərləndirilir.
Mövlanə mübadilə programına qatılmaq üçün əsas şərtlər olaraq bunlar göstərilir:
- Tələbənin, əyani təhsili bakalavr, magistr və ya dokturantura olması,
- Bakalavr və magistr şagirdlərinin ümumi akademik qiymət ortalamasının dörd üzərindən ən az iki yarım olması,
- Magistr və doktorunturanın ümumi akademik orta qiymətləndirmədə dörd üzərindən ən azı üç olması.
- 50 % dil balı + 50 % Qeyd Ortalama
- Bakalavr və magistr proqramlarının birinci kursda oxuyan tələbələr bu proqramda iştirak edə bilməzlər
Əlaqə
Qərbi Kaspi Universitetinin Əsas Binası
Beynəlxalq Əlaqələr Ofisi
Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi 31, AZ1001
Telefon: +994 12 492 74 18
Faks: +994 12 492 67 01
Email: administration@wu.edu.az