Professorlar
Prof. THOR HEYERDAHL (1914-2002)
Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tikki ekspedisiyası ilə Sakit okeanı sadəcə sal üzərində keçmişdir. Həyat və fəaliyyətinin bir qismi Azərbaycanla bağlıdır. 20 sentyabr 1999-cu il tarixində Qərb Universitetinin fəxri professor adı verilmişdir.

Prof. RANDALL BAKER
Sofiyadakı (Bolqarıstan) Yeni Bolqar Universitetinin professoru, İndiana Universitetinin (ABŞ) əməkdar professorudur. “İşgüzar inzibatçılıq və hüquq” layihəsi üzrə İndiana universiteti ilə Qərb universiteti əməkdaşlıq proqramının direktoru olmuşdur. 12 mart 2002-ci il tarixli qərarı ilə Qərb Universitetinin fəxri professoru adı verilmişdir.

Prof. JOLANTA KWASNIEWSKA
Vəkil, ictimai xadim və xeyriyyəçi, 1995-2005-ci illərdə Polşanın Birinci xanımı olmuşdur. Xəstə və əlil uşaqlara kömək məqsədilə maneəsiz başa düşmə xeyriyyə fondunu təsis etmişdir. 18 sentyabr 2009-cu il tarixində Qərb Universitetində fəxri professor adını almışdır.

Prof. EVA MARIA AUCH
Şərqi Avropanın tarixi, dini və siyasəti üzrə tədqiqatların müəllifidir. Almaniyanın Humboldt Universitetinin (Berlin) Azərbaycan tədqiqatları şöbəsinin yaranmasını təşkil etmiş və 2010-cu ildən həmin universitetdə Tarix şöbəsində Azərbaycan tarixi kafedrasının müdiridir. 1999-cu ildə Qərb Universitetində fəxri professor adını almışdır.

Prof. NORMAN GREGORY YOUNG (1949)
Amerika Vəkillər Birliyi (Beynəlxalq Hüquq Bölməsi), Amerika Beynəlxalq Hüquq Cəmiyyəti və digər nüfuzlu hüquqşünas cəmiyyətlərinin üzvüdür. Beynəlxalq biznes hüququ və koordinator hüquq fakültəsinin professoru, 1976-cı ildən Kaliforniya Politexnik Universiteti, Pomona, 29 dekabr 2003-cü ildə Qərb Universitetində fəxri professor adını almışdır.

Prof. MARGHERITA BONIVER
Italiya siyasətçisidir, Beynəlxalq Amnistiya təşkilatının İtaliya bölməsinin əsasını qoymuşdur, Senatın üzvü olmuş, Xaricdə yaşayan italyanlar, eləcə də turizm naziri olmuşdur, Forza İtalia partiyasının üzvüdür. 26 may 2005-ci il tarixində Qərb Universitetində fəxri professor adını almışdır.

Prof. MESSOUD EFENDIYEV (1953)
Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı, professor. Humboldt mükafatı alan ilk azərbaycanlı. hazırda Almaniyanın Münxenşəhərində "Helmholtz” Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.

Prof. WALTER FUST (1945)
Cenevrədəki Qlobal Humanitar Forumun direktoru (İsveçrə). YUNESKO - nun İnkişaf və Rabitə üzrə Beyn əlxalq Proqramının (İPDC) sədri v ə Globethics.net qlobal müəllim və institutlar şəbəkəsinin prezidentidir. 22 yanvar 2010-cu ildə Qərb Universitetinin fəxri professoru seçildi.
Prof. ANNE-MARIE LIZIN (1949-2015)
Belçikalı siyasətçi, 2004-2007-ci illərdə Belçika Senatının sədri vəzifəsində çalışmış, Avropa Parlamentinin deputatı olmuşdur. 23 yanvar 2010-cu ildə Qərb Universitetində fəxri professor adını aldı.

Prof. VERNON G. STUART (1935-2009)
ABŞ-ın Birinci Cersi Milli Bankının audit üzrə vitse-prezidenti və Old Bridge maliyyə şirkətinin prezidenti olmuşdur. 27 aprel 2001-ci il tarixində Qərb Universitetinin fəxri professoru adı verilmişdir.

Prof. MICHAEL SUCCOW (1941)
Alman bioloq və ekoloq. Onun təsis Təbiəti Qoruma Fondu Azərbaycanın milli parklar proqramı çərçivəsində səkkiz qoruğun yaradılmasında kömək etmişdir. 9 aprel 2019-cu il tarixində Qərbi Kaspi Universitetinin fəxri professor adı verilmişdir.

Prof. FIKRET SADIKHOV (1945)
Politoloq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyində rəhbər vəzifələrdə çalışmışdır. 1996-cı ildən Qərbi Kaspi Universitetində çalışır, Beynəlxalq münasibətlər kafedrasının professorudur. 2004-cü ilin mart ayında Qərbi Kaspi Universitetinin Elmi Şurasının qərarı ilə ona fəxri professor elmi adı verilmişdir.

Prof. AGHABABA RZAYEV (1923-2003)
Hüquqşünas, professor, Azərbaycan SSR Ədliyyə Nazirinin müavini, Daxili İşlər nazirinin müavini, digər rəhbər vəzifələrində çalışmışdır. Geniş elmi-tədqiqat işləri əsasən Rusiya vəAzərbaycanda siyasi-hüquqi nəzəriyyələr, N.Tusinin elmi görüşləri ilə bağlı olmuşdur. 15 fevral2003-cü il tarixli qərarı ilə Qərb Universitetinin fəxri professoru adı verilmişdir.

Prof. GUDRAT ABDULSALIMZADEH (1933-2016)
Tanınmış alim, professor, 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olmuş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmış, daha sonra pedaqoji fəaliyyətə keçmişdır. Tədqiqatları iqtisadi nəzəriyyə, beynəlxalq iqtisadi münasibətlər və keçid dövrü iqtisadiyyatına həsr olunmuşdur. 150-dən çox elmi əsərin müəllifidir.
Prof. TADEUSZ ŚWIĘTOCHOWSKI (1934-2017)
Polşa və ABŞ tarixşünası, Qafqazşünas və Azərbaycanşünas. O, Yaxın Şərqin və Azərbaycanın Azərbaycanın müasir tarixi üzrə aparıcı mütəxəssisi hesab olunurdu.

Prof. JABI BAHRAMOV (1959)
Tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, Qərbi Kaspi Universitetinin "Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müəllimi. 40-dan çox elmi əsərin müəllifidir. 2009-cu ildə Qərbi Kaspi Universitetinin Elmi Şurasının qərarı ilə ona fəxri professor elmi adı verilmişdir.

Prof. AHMAD OMID YAZDANI (1947)
Almaniyanın Maynts və Trier Universitetinin Magistr Akademiki, Berlindəki Alman-Azərbaycan Akademiklər Birliyinin sədri, Azərbaycan və İranla bağlı bir neçə kitabın müəllifidir. 7 may 1996-cı ildən Qərb Universitetinin fəxri professorudur.

Prof. COLINE LOVE
Nottingem Trent Universitetinin professoru, Avropa Birliyinin TACIS (Avropa Birliyinin MDB ölkələrinə texniki yardımı) proqramının Azərbaycandakı əlaqələndiricisi.
