Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Kvant kompüterlərini daha da gücləndiririk

Kvant kompüterlərini daha da gücləndiririk

Müxtəlif tezliklərdə işləyən üç rezonator kvant nöqtələrinin 3x3 matrisasını oxuyur. © 2022 EPFL

EPFL mühəndisləri kvant məlumatlarının ən kiçik vahidləri olan bir neçə kubitin eyni vaxtda oxunması üsulunu kəşf ediblər. Bu kəşf daha güclü kvant kompüterləri nəslinin meydana gəlməsinə səbəb ola bilər.

“Hazırda “IBM” və “Google” dünyanın ən güclü kvant kompüterlərinə malikdir, - EPFL mühəndislik məktəbinin Təkmilləşdirilmiş kvant memarlığı laboratoriyasının (AQUA Lab) rəhbəri professor Edoardo Çarbon belə deyir. – Bir qədər əvvəl “IBM” 127 kubit gücündə, “Google” isə 53 kubit gücündə maşın təqdim edib. Lakin kvant kompüterlərini daha sürətli etmək imkanları kubitlərin say həddinin yuxarı olması səbəbindən məhduddur. Lakin Çarbonun başçılıq etdiyi mühəndislər qrupu Böyük Britaniyadan olan tədqiqatçılarla birlikdə bu texnoloji maneənin aşılmasını vəd edən üsul kəşf edib. Onların yanaşması kubitləri daha effektiv hesablamağa imkan verir, bu isə o deməkdir ki, xeyli sayda kubit kvant prosessorlarına yerləşdirilə bilər. Tədqiqatın nəticələri “Nature Electronics” nəşrində dərc olunub.

Biokimya və kriptoqrafiya

Kvant kompüterləri bizim adət etdiyimiz qaydada işləmir. Ayrıca prosessor və yaddaş mikrosxeminə malik olmaq əvəzinə onlar kubit kimi tanınan vahid blokda birləşdirilib. Bu kompüterlər adi kompüterlərin konkret zaman çərçivəsində heç vaxt yerinə yetirə bilməyəcəyi mürəkkəb hesablamaların aparılması üçün supermövqe və dolaşıqlıq kimi kvant xüsusiyyətlərindən istifadə edir. Kvant kompüterləri üçün potensial tətbiqlərə biokimya, kriptoqrafiya və s. daxildir. Hazırda tədqiqat qrupları tərəfindən istifadə olunan maşınlarda təqribən 12 kubit var. “İndi bizim vəzifəmiz daha çox kubiti kvant prosessorları ilə birləşdirməkdən ibarətdir – onlar yüzlərlə, hətta minlərlədir – bu, kompüterlərin hesablama gücünü artırmaq üçündür”, - Çarbon deyir. Hazırda kubitlərin sayı onları sürətlə hesablaya biləcək münasib texnologiyanın olmaması səbəbindən məhduddur. “Kubitlərin mütləq sıfıra bərabər yaxud -273,15 °C temperaturunda işləməsi vəziyyətin daha da çətinləşdirir”, - Çarbon belə deyir. – Bu, onların oxunmasını və nəzarətin həyatı keçirilməsini daha

da müşkül edir. Adətən mühəndislər maşınları ev temperaturunda istifadə edir və hər kubitə ayrı-ayrılıqda nəzarət edirlər.

https://www.myscience.ch/news/2022/making_quantum_computers_even_more_powerful-2022-epfl