Zərbəni hiss edən və rəngi dəyişən süni dəri ixtirası
/ Kimya / Materialşünaslıq /
Biri dirsəyini divara çarpdırdıqda, yalnız ağrı hiss etmir, həm də göyərmə ilə qarşılaşa bilər. Robotlarda və protez üzvlərdə isə, yaralanmaya səbəb ola biləcək bu xəbərdarlıq işarələri yoxdur. Artıq tədqiqatçılar, ion siqnalları vasitəsilə zərbəni hiss edən və rəngini sarı və bənövşəyi rəngə dəyişdirən süni dəri hazırlayıblar ki, bu da zədələnmənin meydana çıxdığını görməyə imkan yaradır.
Alimlər elektron ötürmə yolu ilə stimulları hiss edə bilən bir çox fərqli elektron dəri inkişaf etdiriblər. Lakin, bu elektrik keçiriciləri, hər zaman bioloji cəhətdən uyğunlaşmır. Bu da, bəzi protez növlərində yeni ixtiranın istifadəsini məhdudlaşdıra bilər.
Bəzi tədqiqatçılar, elektrik siqnalındakı dəyişiklikləri zərbə ilə yanaşı, insan bədənindəki yaraları da təqlid edərək, rəngini dəyişdirə bilən bir dəri inkişaf etdirmək istədilər. Test zamanı, protezdəki maddənin uzandıqda və ya sıxıldıqda, rəngində və elektrik keçiricililərində dəyişiklik göstərərək, 2-5 saat aralığında bənövşəyi rəngin sarıya dönməsini müşahidə ediblər. Sonra komanda, könüllü şəxslərin I dərisini barmaq, əl və diz kimi müxtəlif bədən hissələrinə yapışdırıblar. Bükülmə və ya uzanma, elektrik siqnalında bir dəyişikliyə səbəb olsa da, insan dərisi kimi göyərmə yaratmayıb. Ancaq zərbə ilə vurmaq, təkrar basmaq və ya sıxmaq rəng dəyişikliyini meydana çıxarıb.
Tədqiqatçılar, elektrik və optik siqnalların insan dərisi kimi reaksiya verən I dərinin, protez cihazlarda və robot texnikalarında zərərlərini aşkarlamaq üçün yeni imkanlar açdığını söyləyirlər.
"Mexanik Stimulu Anlama və Yaralanma Görünüşü üçün İnsan Dərisini Mimikasiya Edən Kolorimetrik İonik Organohidrojellər" ACS Tətbiqi Materiallar və İnterfeyslərdə dərc edilmişdir.
ACS Tətbiqi Materiallar və İnterfeyslərdə hesabat verən tədqiqatçılar, Qi Zhang, Shiping Zhu və həmkarlarının ixtirası