Siyasi və İctimai elmlər Məktəbi

Adıgözəl Məmmədov
Müəllim
Beynəlxalq münasibətlərdə Mental və Psixoloji portretologiya
+994 12 565 39 77
adigozal.mammadov@wcu.edu.az
Uzaq və yaxın tariximizdə silinməz izlər buraxmış hadisələrin baş verməsində şəxsiyyətin rolu, konkret liderin portretinin ictimai-siyasi və sosial-psixoloji aspektdən analizi və qiymətləndirilməsi kimi yeni bir sahədə çox dəyərli, faydalı araşdırmalara imza atmışdır. Tədqiqatları təkcə ölkə daxilində deyil, həmçinin onun hüdudlarından kənarda da geniş yayılmışdır. 2006-cı ildən Azərbaycan Yazılıçılar Birliyinin üzvüdür. 2014-cü ildə Prezident mükafatçısı olmuşdur. 2020-ci ildən Qərbi Kaspi Universitetinin Politologiya və Beynəlxalq münasibətlər kafedrasında çalışır.Beynəlxalq Münasibətlərdə Mental və Psixoloji faktorlar və ya Psixogeosiyasət fənindən dərs deyir. Bu baxımdan, psixoportretologiya, mental portretologiyanın və geosiyasət sahələrinə təsirini araşdıran və bu sahədə lider mövqe tutan tədqiqatçıdır. 500 çox analitik məqalələrin, şərh və müsahibələrin müəllifidir. Kitabları Amerikada 101 İndependence Avenue, S.E. Washington, D.C. 205404830 ünvanında yerləşən Konqres və dünyanın çox saylı universitetlərinin kitabxanasına daxil edilmişdir.
İyirmi ildən artıq müddət ərzində 17 kitabı işıq üzü görmüşdür. 16 kitabın müəllifi və Kembric univeritetində çıxan kitabın həm müəllifidir