Qərbi Kaspi Universiteti

Müəllimlər

Psixologiya Məktəbi

Afərin Abbasova

Psixologiya məktəbinin dekanı, Psixologiya üzrə fəlsəfə doktoru, dosent

Elmi pedaqoji təcrübə, s/f-3 Deprivasiya problemi:nəzəriyyə və təcrübə, s/f-2 Klinik deontologiyanın əsasları, Müasir sosial- psixoloji konsepsiyalar

+994 12 565 39 77

aferin.abbasova@wcu.edu.az

2000-cı ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakultəsinin “Psixologiya” ixtisasına daxil olmuş və 2004-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasının “Sosial psixologiya” ixtisasının magistratura pilləsinə daxil olmuş və 2006-cı ildə  fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə “Psixologiya” kafedrasının “Sosial psixologiya” ixtisası üzrə aspirantura şöbəsinə daxil olmüşdur.

2007-ci ildən “Psixologiya” kafedrasında saathesabı müəllim kimi fəaliyyətə başlamışdır. 2013-cü ildən Qərbi Kaspi Universitetinin “Pedaqogika, psixologiya və hüquq” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə “Müasir dövrdə siyasi etimadın sosial-psixoloji xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək və “Psixologiya üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır.

2020/2022 -ci illərdə Qərbi Kaspi Universitetində “Pedaqogika, psixologiya və sosiologiya” kafedrasının müdiri kimi fəaliyyətini davam etdirmişdir. 2024-cü ildən “Psixologiya” fakültəsinin dekanı vəzifəsində çalışır. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məqalələrlə çıxış etmişdir, 2 metodik vəsaitin həmmüəllifi, 14 tədris proqramının, 26 elmi məqalə və tezisin müəllifidir. 25-ə yaxın magistr dissertasiyasına elmi rəhbərlik etmişdir.