Qərbi Kaspi Universiteti

Müəllimlər

Dizayn Məktəbi

Əfrasiyab Məmmədov

dosent

Dizaynın əsasları, Layihələndirmə

+994 12 565 39 74

afrasiyab.mammadov@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

Sistemli layihələndirmə, Dizaynın əsasları.

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

1964-1974 ci illər 225 saylı Orta məktəb.

1974-1979 ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutu, Rəssamliq fakultəsi, ixtisas - rəssam-konstruktor /dizayner/.

1981 ci il Hərbi xidmətdən sonra AZƏRELEKTROTERM EİB nin Xüsusi Konstruktor Bürosunda /XKB/ mühəndis-konstruktor 3,2,1 dərəcələr, aparıcı konstruktor, Şöbə müdiri vəzifəsində işləmişəm.

1988 ci ildə SSRİ Dizaynerlər İttifaqı üzvi.

2001 ci il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakultəsi- müəllim, 2019 ci ildən dosent.

2008 ci ildən Qərbi Kaspi Universitetində s/h müəllim.

Tədrisə üzrə Nəşrlər

“Dizaynın Əsasları”  dərs vəsaiti, dərs proqramı.

Fənnin əsas və vacib vəzifəsi tələbələrdə kompozisiya qanunlarından istifadə edərək ifadəli,obrazlı layihələr yaratmaq bacarıgını aşılamaq,bununla məntiqi düşüncə tərzini inkişaf etdirmək, estetik zövqün formalaşmasıdır. Bu kitab tələbələrə hormonik kompozisiya tərtibatının qanunauyğunluqlarını, üsul, vasitə, metod və prinsiplərini öyrədir və bu basiz biliklər əsasında peşəkar dizaynerlər hazırlanmasını təmin edir.

“Maketləşdirmə” dərs vəsaiti, dərs proqramı.

Fənninin əsas məqsədi, layihələndirmənin etaplı həllindən sonra, texniki vasitələrlə tərtib edilmiş Həcmli təqdimat olan - maketlə birlikdə peşəkar layihələndirmə bacarıgının qavramasının vacibliyini tələbəyə aşılamaqdır.

“ Dizaynın müxtəlif istiqamətləri” dərs vəsaiti.

Dizayn tarixinə həsr edilən bu metodiki vəsait, dizayn  ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Tədris materialı dizaynın yarandığı tarixi şəraiti, formalaşması, inkişafı, üslubları, XIX-XX əsrlərdə inkişaf istiqamətləri, ilk dizayn məktəbləri, görkəmli dizaynerlərin yaradıcılıqları haqda məlumat,dizaynın müxtəlif tarixi dövrlərdə inkişafının istiqamətlərini əhatə edir.

“Portfolio” dərs proqramı.

Fənn tələbənin  təhsildə və təhsildən  kənarda olan fəaliyyətinin nəticələrinin sənətləşdirilmiş təqdimatıdır. Dizayn yaradıcılıq fantaziyasının məhsulu və tamamlanmış müxtəlif ceşidli layihələrin təqdimatı olan Portfolio ceşidli üsul və metodlar vasitəsi ilə tələbənin peşəkarlığını əyanı sürətdə vizual, aydın və hərtərəfli göstərmək imkanı yaradır.

“ Dizaynda Xüsusi  Rəsm” dərs proqramı.

Fənn tələbələrə layihə tərtibatının - üsul, vasitə və prinsiplərini öyrədir və bu təcrübədə  şəxsi yaradıcılıq fəaliyyətində öz stilini təkmilməşdirir, bunun əsasında  peşəkar dizayner keyfiyyətinin formalaşmasini təmin edir.

x