Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Aydın Əliyev
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Ekspert sistemlər və süni intellekt, Müasir şəbəkə texnologiyaları, Qərarqəbuletmə nəzəriyyəsinin əsasları, iyazi və Kompüter modelləşdirməsi
+994 12 565 39 74
aydin_aliyev66@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Hesablama riyaziyyatı ;
- Diskret riyaziyyat;
- Proqramlaşdırma;
- İnformatika
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
1966-cı il, aprelin 21-də Bakı şəhərində anadan olub.1973-1983-cü illərdə Bakı şəhərinin 13 saylı orta məktəbində təhsil alıb.1983-1988-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb və həmin fakultəni 1988-ci ildə fərqlənmə diploma ilə bitirib. BDU-nun 1988-1991-ci ildə Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.1992-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsini təsdiqləyib. 1995-ci ildən riyaziyyat üzrə fəlsəfə doktoru, dosent olmuşdur.1986 -cı ildən BDU-nun Tələbə Elmi-Tədqiqat Konstruktor Bürosunda riyaziyyatçı kimi çalışmağa başlamışdır. 1991-ci ildən BDU-da müəllim kimi çalışır. 100-dən çox elmi məqalənin, ali məktəblər üçün 22 tədris proqramının, 10 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir.