Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Aydın Yahyayev
Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent
Meşəçilik, Meşə taksasiyası, Meşə genetika və seleksiyası, Meşə əkinləri, Meşə yanğınları
+994 12 565 39 74
aydin.yahyayev@wcu.edu.az
Yəhyayev Aydın Bilal oğlu 1958-ci il 19 fevral tarixində Xaçmaz rayonunda anadan olmuşdur. Orta məktəbi 1975-ci ildə Xaçmaz rayonunda bitirmişdir. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Mühəndislik və İnşaat Universitetində “İnşaat Texnologiyası” fakültəsinin “Ağac Emalının Texnologiyası” ixtisasına yiyələnmişdir. 1981-1993-cü illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda ixtisas-fənn müəllimi vəzifəsində çalışmışdır. Bu müddətdə Texnikumdan göndərişlə Belarusiya Texnologiya İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Oranı 1986-1989-cu illərdə müvəffəqiyyətlə bitirərək 1990-ci ildə namizədlik dissertasiyasını müdafiyə etmişdir. 1994-2018-ci illərdə Azərbaycan Dövlət Mühəndislik və İnşaat Universitetində “Meşə materialları və ağac emalının texnologiyası” ixtisası üzrə dosent vəzifəsində çalışmışdır.
Apardığı elmi tədqiqat işlərinin nəticəsi olaraq 100 elmi məqalə, 2 dərslik, 30 tədris proqramı, 1 texnoloji reqlament, 1 texniki şərt, 1 elmi ixtira, 1 dərs vəsaitinin müəllifidir. Hazırda Qərbi Kaspi Universitetində “Ekologiya və ətraf mühit” kafedrasının müdürüdür.