Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Esmira Əhmədova
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
İnformasiya kommunikasiyaları texnologiyaları, İqtisadi İnformatika, Sistemli analiz və kompüterlərdə modelləşdirmə
+994 12 565 39 74
esmira.akhmedova@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri: ali riyaziyyat, informatika
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Esmira Nəriman qızı Əhmədova 1964-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1971-1981-ci illərdə Bakı şəhərindəki 53№-li məktəbdə təhsil almışdır, məktəbi qızıl medalla bitirmişdir. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi riyaziyyat fakültəsinin tələbəsi olmuşdur, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu (İTİ)) mühəndis-proqramçı vəzifəsində işləmişdir. 1994-1997-ci illlərdə H.Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyində informatika müəllimi vəzifəsində çalışmışdır. 2001-2012-ci illərdə AMEA İTİ-də proqramçı, böyük elmi işçi vəzifələrində çalışmışdır, AMEA İTİ-nin Tədris İnnovasiya Mərkəzində müxtəlif fənləri tədris etmişdir. 2003-2008-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin dissertantı olmuşdur, 2008-ci ildə f.r.e.d., prof. H.M.Hüseynovun elmi rəhbərliyi ilə “Kəsilən əmsallı Şturm-Liuvill operatoru üçün spektral analizin düz və tərs məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-2016-cı illərdə “İnfospace” MMC-də riyaziyyatçı vəzifəsində çalışmışdır. 2016-cı ildən bu günə qədər Qərbi Kaspi Universitetində çalışır, “İnformasiya texnologiyaları” kafedrasının dosentidir.
30-a yaxın elmi və metodiki işin müəllifidır.