Filologiya və Tərcümə Məktəbi
Xeyransa Zeynalova
Müəllim
Tələffüz və şifahi nitq vərdişləri, İngilis dili fonetikası, eşidib anlama və nitq
+994 12 492 74 18
x.zeynalova@wu.edu.az
1978-ci ildə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunu qırmızı diplomla bitirmiş, həmin universitetdə müəllim və baş müəllim işləmişdir.1984 - 1987 ci illərdə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda əyani şəkildə aspirantura təhsilinə davam etmiş və elmi işi "İngilis dilinin samit birləşmələrinin spektroqrafiyası" olmuşdur. Həmin tədqiqatlar indiki Sankt-Peterburq Dövlət Universitetinin Eksperimental Fonetika laboratoriyasında, o zamanın məşhur fonetistləri professor L.R. Zinder, L.V. Bondarko və universitetin rektoru olmuş L. A. Verbitskaya rəhbərliyi altında keçirilmişdir.
1999-cu ildən Qərbi Kaspi Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlamışdır.
2000-2001-ci illərdə Amerikanın Dövlət Departamenti tərəfindən keçirilən JFDP müsabiqəsində qalib olaraq bir il müddətində ABŞ-ın Tennessee Ştatında, sonra isə Nyu-Yorkun Columbia universitetində ingilis dili müəllimlərinin təkmilləşdirmə kurslarında təlim keçmişdir. Amerikada bir neçə TESOL(Teachers of English as Second Language) konfranslarda iştirak etmiş,həmçinin 2005-ci ildə Qərbi Kaspi Universitetinin bir qrup tələbəsinin Londonda bir aylıq ingilis dilinin təkmilləşdirmə təlimində iştirak etməsinə rəhbərlik etmişdir.
Hal hazırda Qərbi Kaspi Universitetinin Filalogiya kafedrasında baş müəllim vəzifəsində çalışır.