İqtisadiyyat və Biznes Məktəbi
Cavanşir Hacıyev
İqtisad elmləri namizədi
Vergilər və vergitutma, Mikroiqtisadiyyat
+994 12 565 39 77
cavanshir.haciliyev@wcu.edu.az
Hacıyev Cavanşir Hacı oğlu 15 fevral 1952-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur. 1969-cu ildə Ordubad şəhər 1 nömrəli orta məktəbi qızıl medalla bitirib, D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə fərqlənmə diplomu ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1974-cü ildə Elmlər Akademiyasının İqtisadiyyat İnstitunda aspirantura təhsili alıb.
1975-78-ci illərdə Məişət xidməti İnstitunda, 1976-79-cu illərdə Plan Komitəsinin İqtisadiyyat İnstitunda 1979-cu ildə .Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Pedaqoji texnikumunda müəllim kimi, 2000-ci ildən isə AR Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.
Hazırda Qərbi Kaspi Universitetinin “Maliyyə və mühasibat uçotu” kafedrasında ştat müəllimi kimi fəaliyyət göstərir.
Elmi əsərləri:
1)Beynəlxalq təşkilatlar (Ali məktəblər üçün dərslik), Bakı- 2019-cu il;
2)Beynəlxalq Maliyyə-kredit münasibətləri (metodiki vəsait) Bakı-2015
3)Vergitutmanın proqnozlaşdırılması və planlaşdırılası fənni üzrə proqram,Bakı-2013
4)Azərbaycan Respublikası Vergilər Nazirliyi, Vergilər dərs vəsaitlərinə edilmiş dəyişikliklərə dair metodiki tövsiyyələr,Bakı-2009
Məqalələr:
1)"Əmlak və torpaq vergilərinin hesablanmasındakı son dəyişikliklər", 2015-ci il
2)"Heydər Əliyev və Vergi siyasəti",2017ci-il
3)"Vergi ödəyiciləri və veri orqanları arasında şəffaflığın yüksəldilməsi", 2017-ci il
4) "Ticarət və ictimai iaşədə uçotun təkmilləşdirilməsinin yeni qaydaları", 2018-ci il
5)"Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin sahibkarlığa dəstəyi"2019-cu il
6)"Vergi islahatları iqtisadi artımı sürətləndirir", 2019ci-il