Qərbi Kaspi Universiteti

Müəllimlər

İqtisadiyyat və Biznes Məktəbi

Mir Murad Sadıxov

Müəllim

+994 12 565 39 77

mirmurad.sadikhov@wcu.edu.az

Akademik fəaliyyətlərinin istiqamətləri

-     Turizmin Maliyələşdirilmə istiqamətləri

-     Azad bazar iqtisadiyyatı şəraitində turizmin inkişafının müasir təkanverici amillərinin tətbiq edilməsi

 

Təhsil və fəaliyyəti haqqında məlumatlar:

Sadıxov Mir  Murad Həbib oğlu 1 noyabr 1990-cı il Bakı şəhərində anadan olmuşdur. 1997-2008-ci illər 160 saylı Klassik Gimnaziyada orta təhsil almışdır. 2012-2017-ci illər Kiyev Milli Nəqliyyat Universitetində Maliyyə fakültəsində bakalavr təhsili almışdır. 2019-cu ildə Azərbaycan Universitetində Biznesin İdarəsi və Təşkili fakültəsində magistratura səviyyəsinə qəbul olmuş, 2021-ci ildə DAAD və Erasmus+ tələbə mübadiləsi proqramı çərçivəsində Koblenz Tətbiqi Elmlər Universitetində təhsil aldıqdan sonra Azərbaycana qayıdaraq 2022-ci ildə magistratura təhsilini tamamlamışdır. Avropa Komissiyası tərəfindən dəstəklənən Qlobal Ocean's məzun şəbəkəsin və E4youth kimi Avropa məzun təşkilatlarının fəal üzvüdür.

 

      Azərbaycan, Türk, Rus və İngilis dillərini səlis bilməklə yanaşı Alman dilini də, A2 səviyyəsində mənimsəmişdir. Pedoqoji fəaliyyətinə 2022-ci ilin oktyabr ayında Qərbi Kaspi Universitetində başlamışdır. Bir çox elmi tədbirlərin iştirakçısı olmuş və bir sıra xarici ölkələrdə elmi təlimlər vermişdir. Elmi fəaliyyəti ilə yanaşı müasir dövrün təkanverici və zəruri sahəsi hesab edilən proqramlaşdırma dilləri ilə bağlı çalışmalarını davam etdirir. Əsas istiqamət sahəsi olaraq PHP proqramlaşdırma dilinin sirrlərinə yiyələnir hətta proqram qurulmasında əsas olan bəzi yanaşmaları təhsildə tətbiq edərək tələbələrə strukturlu düşünmə , planlaşdırma və assosiasiya yaddaşı ilə materialı öyrətməyə çalışır