Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Qadir Qafarov
Müəllim
Robotların idarəedilməsi
+994 12 565 39 74
qadir.qafarov@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Radioelektron aparatların layihələndirilməsi;
- Tibbi elektron sistemlərin layihələndirilməsi;
- Sistem modelləşdirilməsi və kompüterli analizi;
- Mexatron sistemlərin dizaynı;
- Robototexniki kompelsklərin elektron idarəetmə sistemlərinin işlənməsi.
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Mən Qadir Arzu oğlu Qafarov 1997-ci ildə Sabirabad rayonunda anadan olmuşam. 2014-cu ildə Nizami Gəncəvi adına 5 saylı orta məktəbi bitirərək Azərbaycan Texniki Universiteti “Biotibbi texnologiyalar mühəndisliyi” ixtisasına qəbul olmuşam. 2018-ci ilə qeyd edilən ixtisası bitirdim. Azərbaycan Texniki Universitet “Biotibbi və radioelektron aparatlarına servis xidməti” ixtisaslaşması üzrə magistr elmi dərəcəsinə yiyələndim. Hal-hazırda AzTU-da “Mühəndis fizikası və Elektronika” kafedrasında assistent vəzifəsində çalışıram və eyni zamanda AzTU-nun Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsini icra edirəm.
Təhsil aldığım müddət ərzində müxtəlif özəl müəssisələrdə işləmişəm. Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzi 14 № Bakı Peşə Liseyində istehsalat təlimi ustası və ixtisas fənn müəllimi kimi fəaliyyət göstərmişəm. Magistr təhsilimi tamamladıqdan sonra Azərbaycan Texniki Universitetinin “Elektronika” kafedrasında assitent vəzifəsində elmi-pedaqoji fəaliyyətimə başladım. Daha sonra həmin universitetin “Mühəndis fizikası və Elektronika” kafedrasına baş müəllim vəzifəsində elmi-pedaqoji fəaliyyətimi davam etdirdim. Bu müddət ərzində AzTU-nun Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində fəaliyyət göstərmişəm. Eyni zamanda AzTU “Tədrisin Keyfiyyətinə Nəzərət” komissiyasının sədriyəm.
Eyni zamanda Qərbi Kaspi Universitetinin Mexanika və riyaziyyat kafedrasında saat hesabı qaydada müəllim vəzifəsində çalışıram. 70-dən çox elmi məqalənın, dərs vəsaitinin, fənn proqramlarının müəllifiyəm.