Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Zümrüd Nuriyeva

Müəllim

Müasir dünya tarixi, Avropa tarixi, Amerika tarixi, Region tarixi, Sosial tarix

+994 12 565 39 77

zumrud.nuriyeva@wcu.edu.az

Nuriyeva Zümrüd Novruz qızı 1979-cu il 6 noyabr tarixində anadan olub. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 2002-2004-ci illərdə Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasında magistr təhsili almışdır. 2001-2013-cü illərdə Bakı şəhəri 250 saylı məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 2007- 2018-ci illərdə “XXI ƏSR – ÜTM” özəl təhsil kompleksində tarix müəllimi vəzifsində müqavilə əsasında çalışmışdır. 2012-2015-ci illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələri  tarixi kafedrasının fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı olmuşdur. Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələri  tarixi kafedrasında saathesabı müəllim işləmişdir. Hazırda Qərbi Kaspi Universitetində Tarix kafedrasında müəllim fəaliyyətini davam etdirməkdədir. Ölkədə və xaricdə 15 elmi məqalələri nəşr edilmişdir.