Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

Xor klubu

Qərbi Kaspi Universitetinin Xor kollektivi

Vokal musiqinin kollektiv ifası mənasına gələn "xor", birlik və harmoniyanı simvolizə edir.

Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət xor kollektivi 2022ci ildən fəaliyyətə başlamışdır. Xorun proqramında xormeyster Rüfət Xəlilovun rəhbərliyi ilə Şərqdə ilk operanın və milli musiqinizin banisi dahi bəstəkar Üzeyir Hacıbəyovun əsərlərindən, dünyaca məşhur bəstəkarların əsərlərinə qədər bir çox musiqilər səsləndirilir.

Xor kollektivimiz sadəcə universitet daxili tədbirlərdə deyil, eyni zamanda profesional səhnələr və ictimai tədbirlərdə də çıxışları ilə öz fərqini ortaya qoyur.

 

 Fəaliyyətimiz

 

Tələbələrin asudə vaxtlarının səmərəli keçirməsini təmin etmək;

Tələbələrin musiqi sahəsi üzrə inkişafına dəstək, milli və dünya musiqisi ilə yaxından tanışlığına zəmin yaratmaq;

Tələbələrin öz fəaliyyətlərinin profesional şəkildə icrasını həyata keçirmək.