Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

Debat klubu

Debat klubumuz öz ətrafında debata, araşdırmalara, polemikaya marağı olan Universitetimizin tələbələrini birləşdirir. Klubun əsas məqsədi tələbələrin natiqlik, analiz, ritorika qabiliyyətini inkişaf etdirməkdir. İnsan hansı biliklərə sahib olmasına baxmayaraq, natiqlik qabiliyyətinə sahib deyilsə o, biliklərini düzgün şəkildə cəmiyyətə çatdıra bilməyəcək və onlardan məqsədəuyğun şəkildə istifadə edə bilməyəcək. Klubumuz 1997-ci ildə yaranıb və tələbələr arasında ən yaxşı natiqlər, spikerlər - debatçılardan ibarət böyük bir ailədir.

FƏALİYYƏTİMİZ:

  • Tələbələrə tədqiqat və auditoriya qarşısında sərbəst çıxış etmək kimi bacarıqlar aşılamaq;
  • Məntiqi təfəkkürün inkişaf etdirmək;
  • Fikri düzgün çatdırmağa kömək etmək;
  • İnandırma və təqdimetmə təkmilləşdirmək.