Alman professorun mühazirəsi olacaq
Qərbi Kaspi Universitetində Almaniyanın Münhen Bundesver Universitetinin professoru Florian Ruppun mühazirəsi olacaq.
16.06.2022-ci il tarixində saat 11:00-da başlayacaq mühazirə "Public Good Power in Renaissance Florence’s Marriage & Business Networks" mövzusuna həsr olunacaq. Mühazirə universitetin Biznes və İqtisadiyyat korpusunda, akt zalında (Əhməd Rəcəbli korpusu) keçiriləcək.
Tədbir ictimaiyyət üçün açıqdır.