Avropanın xarici siyasəti və Xəzər regionu mövzusunda mühazirələr təşkil ediləcək
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə tələbələr üçün "Avropanın xarici siyasəti və Xəzər regionu" mövzusunda mühazirələr təşkil ediləcək.
Mühazirələr Almaniya İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının Hökumətlə Əlaqələr üzrə Direktoru Urs Unkauf tərəfindən aparılacaq.
Mühazirlər 7, 14, 21 dekabr tarixlərində saat 11:00-da keçiriləcək.
Mühazirələrin mövzu və tarixlərini təqdim edirik:
7 dekabr
Avropa xarici siyasəti və Xəzər regionu
14 dekabr
Xəzər regionunda Avropanın təhlükəsizlik və sabitlik siyasəti
21 dekabr
Enerji: imkanlar, maneələr, təchizat zənciri və təhlükəsizlik məsələləri
Mühazirlər Qərbi Kaspi Universitetinin Əhməd Rəcəbli 21 ünvanındakı konfrans zalında təşkil olunacaq.