Qərbi Kaspi Universiteti

“Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi”

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda multidissiplinar Respublika elmi-praktik konfransı keçiriləcək.
Konfransda müxtəlif fənləri əhatə edən elmi məruzələrin dinlənilməsi nəzərdə tutulub.

Konfransın bölmələri:
Tarix
Fəlsəfə, sosiologiya və politologiya
Hüquq
Filologiya və ədəbiyyat
Geologiya, coğrafiya və ekologiya
Pedaqogika və psixologiya
Riyaziyyat və fizika
Kimya-biologiya və aqrar elmlər
Tibb
Energetika və neft qaz
İnformatika və avtomatika
Mexanika və maşınqayırma
İqtisadiyyat və biznes
Memarlıq və inşaat
Musiqişünaslıq və mədəniyyətşünaslıq

Konfrans 1 may 2021-ci il tarixində Microsoft Teams platformasının köməyi ilə baş tutacaq.

İştirakçılara sertifikat təqdim olunacaq və elmi məruzələr konfrans materiallarında çap olunacaq. Konfransda məruzələr Azərbaycan, rus və ingilis dillərində olacaq (məruzə müddəti 10 dəq.).

Konfransda iştirak etmək istəyənlər elmi məqalələrini 25 aprel 2021-ci il tarixinə kimi teacher.conference@wu.edu.az ünvanına təqdim edə bilərlər.

Konfransın dili və tələb olunan qaydalar:
Məruzənin adı, müəllifin adı və soyadı, elmi dərəcəsi (varsa), oxuduğu və ya işlədiyi yer göstərilməli, əlaqə telefonu mütləq qeyd olunmalıdır.

Məruzənin həcmi A4 formatlı elektron kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və Universitetin teacher.conference@wu.edu.az e-mail ünvanına göndərilməlidir.

Konfransın məruzələri Azərbaycan, ingilis və rus dillərinin birində olmaqla, həcmi 5-8 səhifəyə qədər ola bilər. Məruzələr yazılan dildən başqa qeyd olunan iki dildə qısa xülasəsi verilməlidir.

Məruzənin adından sonra açar sözlər (3 dildə-Azərbaycan, rus, ingilis dillərində) göstərilməlidir. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır. Məs., [2, 34] və ya [4, 56-57].

 

1 may, 2021,I hissə.pdf

1 may, 2021 ,2 hisse.pdf