Beynəlxalq yaz mühazirələri davam edir: daha bir xarici professorun mühazirələri olacaq
Qərbi Kaspi Universiteti dünyanın nüfuzlu universitetlərinin professorları, müxtəlif sahələrdə tanınmış alim və tədqiqatçıların iştirakı ilə tematik həftələr, yaz, yay, qış, payız düşərgələri təşkil edir.
“Beynəlxalq yaz mühazirələri" çərçivəsində növbəti qonağımız Professor Laszlo Jozsadır.
16-17 may 2023-cü il tarixdə keçiriləcək mühazirələrdə iki istiqamət əhatə olunacaq:
1. Bazar çağırışları - 21-ci əsrdə marketinq alətləri
2. Marketinq strategiyasını necə hazırlamaq olar: nəzəriyyələr və metodlar
Qeyd edək ki, Dr. László Jozsa, Macarıstanın Pannonia Universitetinin İqtisadiyyat Elmləri Fakültəsinin Marketinq və Menecment Kafedrasının professorudur. Macarıstan Elmlər Akademiyasında fəlsəfə doktoru dərəcəsini alıb.
Professor Avstriya, ABŞ, Böyük Britaniya daxil olmaqla bir sıra ölkələrdə mühazirələrlə çıxış edir. Onun xüsusi tədqiqat dairəsi marketinq strategiyası, sənaye marketinqi və Macarıstan pərakəndə satış sisteminin transformasiyası problemləridir. O, “Marketing in Asia Group”un təsisçisi və vitse-prezidentidir. O, “Veszprem Academic Group” da İqtisadiyyat üzrə İşçi Komitəsinin prezidenti və Széchenyi Universitetinin Biznes fakültəsinin keçmiş dekanıdır. Eyni zamanda müxtəlif redaksiya şuralarının üzvüdür (Asian Journal of Business Research (NZ), Marketinq və Menedzsment (HU)).
İştirak üçün qeydiyyat linki: