Qərbi Kaspi Universiteti

2023-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul

Qərbi Kaspi Universiteti aşağıdakı  ixtisaslar üzrə 2023-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Qərbi Kaspi Universiteti Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarıxlı 261 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı qəbul planları” üzrə qəbul elan edir:


Fəlsəfə doktoru proqramı üzrə doktorantura


3338.01    “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” - 1 yer (əyani);
5301.01     “Daxili fiskal siyasət və dövlət maliyyəsi”  -  1 yer (əyani);
5310.04      “Dünya iqtisadiyyatı”   -  1 yer (qiyabi);
5708.01    “German dilləri”   -  1 yer (qiyabi);
5718.01    “Dünya ədəbiyyatı” (ingilis)  -  1 yer (qiyabi);
5901.01    “Beynəlxalq münasibətlər” -  2 yer (qiyabi);
5904.01    “Siyasi institututlar və sistemlər” -  1 yer (əyani);


Fəlsəfə doktoru proqramı üzrə dissertantura


3338.01    “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” – 1 yer
5310.04    “Dünya iqtisadiyyatı” – 1 yer
5901.01    “Beynəlxalq münasibətlər” – 1yer 
6114.01    “Sosial psixologiya” – 1yer 


Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Doktoranturaya sənəd təqdim etmək istəyənlər, təlimata uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, 2023-cü il 12 apreldən 16 may tarixinədək qeydiyyatdan keçməlidirlər.

Doktorantura və dissertantura yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
ərizə (rektorun adına);
kadrların şəxsi qeydiyyat vərəqəsi;
tərcümeyi-hal;
iş yerindən xasiyyətnamə;
3 ədəd fotoşəkil (3x4  ölçüdə);
iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas  üzrə referat;
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
şəxsiyyəti təsdiq edən sənədin surəti.
 
Qəbul qaydaları:
1. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na müvafiq olaraq aparılır.
2. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
3. Elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya ali təhsil pilləsinin müəyyən sahələri üzrə fəlsəfə doktorları, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsahibə əsasında qəbul olunurlar.
4. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul olmaq üçün ancaq DİM-in (Dövlət İmtahan Mərkəzi) keçirdiyi xarici dil imtahanından minimal balı toplayan şəxslər sənədlərini təqdim edə bilərlər.
5. Qeydiyyat tarixi 12 aprel 2023-cü il tarixdən 16 may 2023-cü il tarixinədək (portal.edu.az saytı vasitəsilə onlayn formada) davam edəcəkdir.
6. Doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TİMS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara (Təlimatlar əlavə edilir) uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
7. Təhsil haqqı müqavilə əsasında müəyyən edilir.
8. Əlavə məlumat almaq istəyənlər Qərbi Kaspi Universitetinin Magistratura və doktorantura şöbəsi ilə əlaqə saxlaya bilərlər.
         Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 31
         Tel: (+99412) 492 61 63; 492 74 18 (17)
         Fax: (+994 12) 4926701
         E-mail: doktorantura@wu.edu.az