Qərbi Kaspi Universiteti 2025/2026-ci Tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan (II kursda təhsil alanlar da daxil) Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Müraciət edəcəyiniz Universitetin rəhbərliyinin adına ərizə
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- 2 ədəd fotoşəkil (3×4 ölçüdə);
- Kadrlar uçotunun şəxsi vərəqəsi
- Tərcümeyi-hal
- İş yerindən xasiyyətnamə
- Əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı və ya referat. . Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır. Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər.
- Ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);
- Elmi rəhbərin razılıq məktubu
Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.
Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi TƏLİMATI
Elektron sənəd qəbulu üzrə video təlimat:
https://www.youtube.com/watch?v=RFo4CBu0e0E
Plan yerləri
İxtisasın şifri | Elm sahələri və ixtisaslar | Fəlsəfə doktoru proqramı üzrə | ||
Doktorantura | ||||
Cəmi | Dövlət sifarişli və ödənişli əsaslarla | |||
o cümlədən | ||||
əyani | qiyabi | |||
1 | 2 | 3 | 4 | 5 |
3338,01 | Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) | 1 | 1 |
|
5301,01 | Daxili fiskal siyasət və dövlət maliyyəsi | 1 |
| 1 |
5312,01 | Sahə iqtisadiyyatı | 1 | 1 |
|
5708,01 | German dilləri | 1 | 1 |
|
5718,01 | Dünya ədəbiyyatı (ingilis, alman, fransız) | 1 | 1 |
|
5901,01 | Beynəlxalq münasibətlər | 1 |
| 1 |
6217,01 | Texniki estetika və dizayn | 1 |
| 1 |
| Cəmi: | 7 | 4 | 3 |
Sənəd qəbulu üçün başlanğıc tarix: 13 may 2025-ci il
Sənəd qəbulu üçün son tarix: 02 iyun 2025-ci il